Ronaldonun anasından şok etiraf
19 İyul 2014 13:05 (UTC+04:00)
Lionel Messi ilə birlikdə dünyanın ən yaxşı futbolçularından biri
olaraq qəbul edilən Kriştiano Ronaldo ilə əlaqədar maraqlı bir fakt
üzə çıxıb.
Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, portuqaliyalı
ulduzun anası Dolores Aveiro bu yaxınlarda Portuqaliyada satışa
çıxarılan avtobioqrafiyasında Ronaldo ilə bağlı maraqlı etiraflar
edib. Belə ki, Doleros Ronaldoya hamilə ikən onu abort etdirmək
fikrində olduğun, lakin həkiminin buna icazə vermədiyini
açıqlayıbı.
Bununla kifayətlənməyən Dolores Aveiro bətnindəki körpəni salmaq
üçün isti pivə içdiyini və yıxılana qədər də qaçdığını söyləyib.
Lakin bunu bacara bilməyən Aveiro sonra Ronaldonu dünyaya
gətirib.
Anası Ronaldonun bu məsələdən xəbərdar oduğunu da bildirib. Hətta
Ronaldo ona zarafatla, "Bax ana, sən məni saldırmağa çalışmısan,
amma indi evə pulu mən gətirirəm" deyib.