Fransada hər il olduğu kimi ənənəvi olaraq musiqi festivalı
keçirilir.
Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, gecənin xüsisi
qonağı olaraq bu dəfə dünya ulduzu Elton Con səhnəyə çıxıb. Bir
birinin ardınca sevilən mahnılarını səsləndirən, pianoda ifa edən
Con pərəstişkarlarına maraqlı açıqlamalar da verib: "Şou və
musiqinin sonu gəldi. Təqaüdə çıxıram. Artıq 3-cü dəfədir ki,
səhnədən uzaqlaşmaq istəyirəm. Bundan sonra vaxtımı həyat yoldaşım,
iki oğlum Zakari və İlay ilə keçirmək istəyirəm"-deyərək hər kəsi
şoka salıb.
Konsertin sonunda jurnalistlərin suallarını cavablandırmayan ifaçı
daha da çox maraq oyadıb. Elton Conun meneceri ilə əlaqə quran
müxbirlər onun sözlərini belə çatdırıblar: "67 yaşlı ulduz sizinlə
zarafat edib. İfaçının Avropa və Amerikada keçiriləcək konsertləri
planlaşdırılıb. Elton sevənləri ilə zarafat etməyi
sevir".