Nardaranda qətl

19 İyul 2014 15:00 (UTC+04:00)
Bakıda 57 yaşlı kişi qətlə yetirilib. Movqe.az xəbər verir ki , Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 18-də Nardaran qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbə sakini, 1967-ci il təvəllüdlü Elxan Cəfərov ov tüfəngi ilə atəş açaraq həmkəndlisi, 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni qətlə yetirib.

Hadisəni törədən şəxs Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Ondan cinayətdə istifadə etdiyi 16 kalibrli sənədsiz olan qoşalülə ov tüfəngi götürülüb.

Hadisənin səbəbləri araşdırılır.