Yazıçılar Birliyinin katibi vəfat etdi
19 İyul 2014 16:00 (UTC+04:00)
Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu səhər
saatlarında müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını
dəyişib. Movqe.az xəbər verir ki , Xəstəxananın qəbul
şöbəsinin müdiri Afiq Rəhimov verdiyi məlumata görə, dünən gecədən
başlayaraq Arif Əmrahoğlunun vəziyyəti kəskin pisləşib.
"Gecədən başlayaraq onun vəziyyəti olduqca ağırlaşmışdı. Mədə
xərçəngindən başqa, beynində insult keçirmişdi. Yaxınlarını, qohum
əqrabanı çağırmışdıq. İstədik başqa klinikaya köçürək. Amma
razılaşmadılar. Bu gün səhər saat 08:05-də dünyasını dəyişdi",
-deyə Afiq Rəhimov bildirib.
Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar
Birliyinin katibidir. O, "Nəsrin poetikası", "Sözə inam
sabahımızdır", "Epik sözün bədii gücü" və s. kitabların
müəllifidir.
Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan
üçcildlik "Seçilmiş əsərləri"nin, Moskvada rus dilində nəşr olunan
M.F. Axundovun "Seçilmiş əsərləri"nin tərtibçisidir. A. Əmrahoğlu
uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul
olub.