3 uşaq anasından ailəsinə sarsıdıcı zərbə

19 İyul 2014 16:12 (UTC+04:00)
Bu gün gecə saatlarında Şəkidə 50 yaşlı qadın intihar edib. Movqe.az xəbər verir ki , Şəki şəhər polis şöbəsindən verilən məlumata görə, Fuad Abdurəhmanov küçəsi ev 43 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Nargilə Mustafa qızı Abdulvahabova yaşadığı evin həyətində özünü asıb.

Onun meyidini asılmış halda yaxınları tapıb. Hazırda intiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, Nargilə Abdulvahabova üç uşaq anasıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.