Prezidentə oğlundan nəvə arzulandı
19 İyul 2014 18:11 (UTC+04:00)
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə prezident İlham
Əliyevə oğul nəvəsi arzulayıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər
verir ki, bu arzusunu Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə
öz iqamətgahında açdığı iftar süfrəsində deyib.
"Bu gecələr duaların qəbul edildiyi əhya gecələridir. Zati-aliləri,
mən dua edirəm ki, Allah-Təala Sizə və Mehriban xanıma oğlunuzdan
nəvə nəsib etsin, inşallah. Onunla bərabər olasınız, görüşəsiniz və
bütün bu yorğunluqlar yaddan çıxsın.
Allah-Təaladan arzu edirəm ki, Sizin ailənizi xoşbəxt etsin. Bütün
Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm. Allah-Təala xəstələrə
şəfa versin, dualarımızı, ibadətlərimizi qəbul etsin, növbəti
iftarı da bizə nəsib etsin, inşallah".