İranın dondurulan milyardları qaytarıldı
19 İyul 2014 18:00 (UTC+04:00)
Şənbə günü İran və "altılıq" ölkələri danışıqları daha 4 ay uzatmaq
barədə razılığa gəliblər. Movqe.az-ın ANS PRESS-ə istinadən
xəbərinə görə, beləliklə tərəflər danışılan 20 iyul tarixinə yekun
nəticəyə gəlməsələr də- İranın zənginləşdirilimiş uran
ehtiyyatlarının 20 faizə endirməsi əvəzində 2,8 milyard dollar
dondurulmuş pullarının geri qaytarılmasında razılaşa biliblər.
Buna baxmayaraq ABŞ baş katibi Con Kerri İrana qarşı sanksiyaların
hələ də davam edəcəyini bildirib.
"İran bu dörd ay ərzində də, keçən 6 ay ərzində aldığından çox
götürməyəcək və neft satışının gəlirlərindən olan dondurulmuş
pulların böyük hissəsi əlçatmaz olaraq qalacaq. Biz qüvvədə olan
sanksiyaları qətiyyətlə davam edəcəyik"- deyə o Kerri bildirib.
Onun fikrincə ən danışıqların ən mürəkkəb hissəsi uranın
zənginləşdirilməsi məsələsində olub.
Qeyd edək ki, bundan əvvəl çərşənbə axşamı iyulun 15-də İran xarici
işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Tehran uran
zənginləşdirilməsini məhdudlaşdırmaq barədə müqaviləni bir neçə
illiyinə uzatmağa razılıq verib və işlənmiş nüvə yanacağının silah
səviyyəsində plutoniuma çevirən emal zavodun tikintisi planlarından
da əl çəkməsini təklif edib.
Artıq razılaşmaya görə 24 noyabr 2014-cü ilədək davam edəcək
danışıqlar gələn aydan yenidən vüsət alacaq.