Bu gün Bakıda 37 dərəcə isti olacaq
19 İyul 2014 13:02 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz
keçəcək. Temperatur gecə 22-26°, gündüz 33-38° isti, Bakıda gecə
23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi normadan
aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40
faiz təşkil edəcək.
Dəniz suyunun temperaturunun Abşeron çimərliklərində - Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zuğulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 27-28°, Türkan, Hövsan, Şıx və Sahildə 28-29°
isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək,
lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı ehtimalı var. Temperaturun gecə 17-22°, gündüz
32-37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava,
əsasən, yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 11-16°,
gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi
yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 30-35° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava, əsasən, yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə
şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə
16-21°, gündüz 26-32° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz olacaq.
Temperaturun gecə 21-26°, gündüz 34-39° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava
yağmursuz keçəcək. Temperaturun gecə 20-25°, gündüz 30-35° isti,
dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.