Göyçayda ev yandı
19 İyul 2014 21:00 (UTC+04:00)
Göyçay rayonunda ev yanıb.
Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, hadisə rayon
mərkəzindən 7 km aralıda yerləşən Qarabaqqal kəndində baş
verib.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan kürsülü
birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.