Ermənilər bir-birini qırır

19 İyul 2014 22:20 (UTC+04:00)
Ermənistan ordusunun hərbi qulluqçusu Qevork Avakyanın qətlində şübhəli bilinən onun əsgər yoldaşı saxlanılıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Avakyan iyulun 18-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin cənub istiqamətində dayaq məntəqələrindən birində qətlə yetirilib.

Ermənistan Müdafiə Nazirliyinin İstintaq xidməti bildirib ki, fakt üzrə cinayət işi açılıb.

Ermənistan Cinayət məcəlləsinin 104-cü maddəsi (qəsdən adam öldürmə) üzrə iş gedir. Qətl hadisəsini törətməkdə şübhəli bilinən təcili xidmətin hərbi qulluqçusu Armen Sarkisyan saxlanılıb.

Xatırladaq ki, Dağlıq Qarabağda ölümcül güllə yarası alan hərbi qulluqçu 1994-cü il təvəllüdlü Qevork Avakyan hadisə yerindəcə ölüb.