23 milyard dollarlıq cərimə
20 İyul 2014 12:12 (UTC+04:00)
Bu indiyə qədər fərdi şəxsə verilən ən böyük kompensasiyadır.
ABŞ-ın Florida ştatının məhkəməsi ölkənin ikinci böyük tütün
kompaniyası olan "R.J. Reynolds Tobacco"nun ağ ciyər xərçəngindən
ölən siqaret çəkənin ailəsinə 23,6 milyard dollar ödəməsi barədə
qərər qəbul edib.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir
ki, "Reynolds Tobacco" şirkətinə qarşı iddia 2008-ci ildə irəli
sürülüb. İddianı 1996-cı ildə 36 yaşında həlak olan Maykl Consonun
həyat yoldaşı Florida ştatının Pensakola şəhərinin sakini Sintiya
Robinson irəli sürüb. Robinsonun maraqlarını təmsil edən vəkil Kris
Çestnatın bildirdiyinə görə, Conson 13 yaşından başlayaraq siqaret
çəkməyə başlayıb və siqaret "norma"sı isə günə 3 qutu olub. "O
sadəcə dayana bilmirdi. Hətta öldüyü gün belə siqaret çəkirdi" -
deyə, Çesnat bildirib.
Məhkəmə 4 həftə çəkib. Bu zaman ərzində vəkillər tütün nəhənginin
insanların siqaretdən çəkinməsi naminə çox az iş gördüyünü və bu
Consonun siqaret asıllığına səbəblərdən biri olduğu üçün onun
ölməsi ilə nəticələndiyini isbat etməyə çalışıblar. İlk öncə and
içmiş münsiflər heyyəti qərara gəlib ki, "Reynolds Tobacco"
Robinson və onun Consondan olan uşağına 16,8 milyon dollar pul
ödəməlidir. Lakin daha 7 saat çəkən müzakirələrdən sonra münsiflər
ödəniləcək məbləği 23,6 milyard dollar səviyyəsinə qaldırıblar.
Məbləğ ştat tarixində fərdi şəxsə ödəniləcək ən böyük cərimələrdən
biri olub.
"Reynolds Tobacco" şirkətinin vitse-prezidenti Cefri Reboncəriməni
"həddindən artıq şişirdilmiş və ştat qanunlarına eləcədə
konstitusiyon haqqlara zidd" kimi qiymətləndirib. "Bu hökm bütün
məntiq və ədalət çərçivələrindən kənardır və bu qərara etiraz
edəcəyik"- deyə Rebon bildirib.
Robinsonun bir digər vəkili Villi Qerinin sözlərinə görə iddianın
imzalanma səbəblərindən ən əsası o idi ki, tütn şirkətləri bir daha
öz reklam kompaniyalarında uşaqlardan istifadə etməsinlər. "Bu
vəziyyəti dəyişmək və insanların həyatını qurtardığımızı bilsəydik,
bir sent belə almamağımız bizim üçün heçnə olardı.".