Belə intihar edən olmamışdı (VİDEO)

20 İyul 2014 15:00 (UTC+04:00)
Ölmək üçün bir nəfər avto-magistrala uzanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , ABŞ-ın Ohayo ştatına bağlı Şimali Olmsteddə intihar etmək istəyən bir nəfər maraqlı bir yola əl atıb.

Avtomobilini yolun kənarına çəkən şəxs, özünü digər avtomobillərin önünə atır. İntihara cəhd edən həmin şəxsi polis məmurlarından biri fikrindən daşındırır. Polis onun "məni öldür" yalvarışlarına fikir vermədən, çətinliklə kənara çəkərək yenidən həyata qaytarır.

Vətəndaşın psixoloji problemlərinin olub-olmadığı və nə üçün intihara cəhd etdiyi araşdırılır.