Facebook-da alver etmək olacaq

20 İyul 2014 22:08 (UTC+04:00)
Facebook reklamda və xəbər lentində yeni almaq funksiyalarının testləşdirilməsinə başlayır.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki  , hazırda bu funksiya yalnız ABŞ vətəndaşları və kiçik firmalar üçün aktivdir. Bu funksiya vasitəsilə sosial şəbəkənin istifadəçiləri Facebooku tərk etmədən alış-veriş edə biləcəklər.

Alıcılara, həmçinin alış-veriş haqda məlumatların məxfiliyinin qorunacağı ilə bağlı söz verilib. Reklam verən şirkətlərə istifadəçilərin hesab balansı və şəxsi məlumatları haqda bilgilər verilməyəcək. istifadəçilər ödəniş haqda məlumatları yadda saxlayaraq, gələcək alış-verişi sadələşdirə bilərlər.

Hazırda Facebookun tərtibatçıları xəbər lentindən alış-veriş funksiyasının nə vaxt bütün istifadəçilər üçün təqdim ediləcəyi haqda bir məlumat vermirlər. Şirkət testlər haqda məlumatı almadan son tarix haqda heç nə demək istəmirlər.