Bakıda vəzifəli şəxsin 15 yaşlı qızını zorladılar
21 İyul 2014 10:31 (UTC+04:00)
Evə soxulan şəxs 15 yaşlı qızı döyüb, zorla onunla cinsi əlaqədə
olub. Bakıda zorlama hadisəsi baş verib. Movqe.az xəbər verir ki,
hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə,
hadisə Səbail rayonunda baş verib. Rayon sakini olan 1974-cü il
təvəllüdlü Atamoğlanova Turə (bütün ad və soyadlar şərtidir) 8-ci
Polis Bölməsinə müraciət edərək onunla birgə yaşayan qızının cinsi
zorakılığa məruz qaldığını deyib. Qadın qeyd edib ki, iyulun 17-də
qızı, 15 yaşlı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə
soxulub. Həmin şəxs yeniyetmə qızı döyüb və zorla onunla cinsi
əlaqədə olub. Erkin daha sonra evi tərk edib. T.Atamoğlanova evə
qayıtdıqda qızı ona baş verənləri danışıb. Hazırda faktla bağlı
araşdırma aparılır. Qeyd edək ki, polisə şikayət edən qadın Səbail
rayonundakı tədris müəssisələrindən birində rəhbər vəzifələrdən
birində çalışır.