Flora Kərimova: "Ayıb olsun o müğənniyə..."

21 İyul 2014 11:18 (UTC+04:00)

Xalq artisti Flora Kərimova "Onlar" verilişinə açıqlamasında gənc ifaçılara dəstək olduğunu bildirib. 


Axşam.az-ın məlumatına görə, o, mahnılarını icazəsiz səsləndirməyə qoymayan həmkarlarının ünvanına sərt sözlər deyib:

 

"Biz insanların borcu hamıya əl uzatmaqdır. Qoy mənim mahnımı kim istəyir, oxusun. Kimin naxışı tutar, tutar. Ayıb olsun o müğənniyə ki, deyir, məşhur olmaq istəyirsənsə, hesabıma pul köçür. Mənə də bu sənətdə əl uzadanlar oldu: Şövkət Ələkbərova, Rübabə Muradova. Heç vaxt paxıllıq edib, yolumu kəsmədilər. Bu gün onların səviyyəsinə yüksəldim. Bir mahnını oxuyursansa, o nə sənin, nə də bəstəkarındır. Efirə getdisə, artıq millətindir. Kim istəsə, götürüb oxuya bilər. Amma çalışsın ki, ilk ifaçıdan zəif oxumasın. Mən oxudum, mən sevdirdim, mən tanıtdım demək ayıbdır. Qadağan etmək hara yazılıb? Bunlar qəbuledilməzdir".