“Sədərək”də yanğın baş verib

21 İyul 2014 11:23 (UTC+04:00)

Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yenidən yanğın baş verib. 


Bu barədə "Qafqazinfo"ya hadisənin şahidləri məlumat verib. Xəbərə görə, mərkəzin işıqlarını qoşan kimi yanğın başlayıb. Hadisə ticarət mərkəzinin 3-cü sıra, 7-ci korpusunda baş verib. 


Hadisə yerinə dərhal yanğınsöndürənlər çağırılıb və yanğının genişlənməsinin qarşısı alınıb. Nəticədə 7-8 dükanın yandığı bildirilir.