İki rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

21 İyul 2014 11:47 (UTC+04:00)

Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqli sistemində təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dan 16:00-dək Oğuz rayonuna, saat 16:00-dan 18:00-dək isə Saatlı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.