Qısqanclıq daha bir qadının həyatına son qoydu

21 İyul 2014 12:12 (UTC+04:00)

Bakıda 31 yaşlı qadın qətlə yetirilib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.


1981-ci il təvəllüdlü qəsəbə sakini Elsevər Hacırza oğlu Şükürov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Rəqsanə Rəfail qızı Şükürovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

 

Hadisəni törədən E.Şükürov tutulub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.