Dünya Putinə qarşı aksiya keçirir - Foto

21 İyul 2014 12:59 (UTC+04:00)

Çexiyanın paytaxtı Praqada Rusiya səfirliyinin qarşısında böyük aksiya keçirilib. Movqe.az xəbər verir ki, aksiya iştirakçıları Ukrayna səmasında vurulan Boinq-777 təyyarəsinə görə, Rusiyanı ittiham ediblər.

Etirazçılar "Putin qatildir", "Putin uşaqlarımızı öldürdü" şüarları səsləndirərək Ukraynada baş verənlərə və Boinq-777 təyyarəsinin vurulmasına görə, Rusiyanı ittiham ediblər.

Almaniyanın Leypsiq şəhərində də analoji aksiya keçirilib. Ukraynanın himnini səsləndirən aksiya iştirakçıları əllərində etiraz plakatları tutaraq şəhərin küçələri ilə irəliləyiblər.

Nyu-Yorkda da ukraynalı, belorus, gürcü, amerikalı və digər xalqlardan ibarət bir neçə minlik dəstə Boinq-777 təyyarəsində həlak olanların xatirəsini yad etmək üçün aksiya keçiriblər.

Aksiya iştirakçıları yaxın günlərdə ABŞ-ın Ukraynaya hərbi yardım göndərməsi üçün Ağ Evin saytında petisiya yaradacaqlarını bildiriblər.