Qız məhbus nişanlısı üçün qanunu pozdu- Foto

21 İyul 2014 14:07 (UTC+04:00)

Bakı İstintaq təcridxanasına nişanlısı üçün mobil telefon keçirmək istəyən gənc qızın cəhdinin qarşısı alınıb. Movqe.az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Bakı İstintaq təcridxanasında saxlanılan məhbus Çingiz Cəfərova nişanlısı Ülviyyə Qədirovanın gətirdiyi sovqata baxış keçirilən zaman, "Arko" üz kreminin içərisinə kustar üsulla yerləşdirilmiş işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.