“Yəhova şahidləri”nin iki üzvü saxlanıldı

21 İyul 2014 14:20 (UTC+04:00)

Mingəçevirdə "Yəhova şahidləri" dini təriqətinin 2 üzvü saxlanılıb.  Movqe.az-ın  Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da Mingəçevir şəhəri ərazisində şəhər sakinləri Səkinə Nəcəfova və Elçin Bəkirov "Yəhova şahidləri" dini təriqətini təbliğ etdikləri üçün saxlanılıb və barələrində inzibati protokol tərtib olunub.