Külək Samuxu zülmətə qərq etdi

21 İyul 2014 14:45 (UTC+04:00)

Ötən gün axşam saat 19 radələrində Samux rayonunda müşahidə olunan güclü külək rayonun elektrik təsərrüfatında ciddi fəsadlar törədib. Samux da daxil olmaqla ondan artıq yaşayış məntəqəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb. 


Milli.Az Kəpəz TV-yə istinadən xəbər verib ki, iri gövdəli ağaclar aşaraq elektrik naqilləri və dirəkləri yarasız hala salıb. Gecə saatlarından başlayaraq rayonun aidiyyəti strukturlarının əməkdaşları fəsadların aradan qaldırılmasına cəlb olunublar və rayon mərkəzi ilə bir neçə kəndə enerji verilişi bərpa olunub. 


Hazırda digər yaşayış məntəqələrində də iş aparılır. Samux elektrik şəbəkəsinin rəisi Razim Qasımovun sözlərinə görə, yaxın 2 saat ərzində bütün fəsadlar aradan qaldırılacaq və enerji verilişi bərpa olunacaq.