ARDNŞ-dən “Qalatasaray” futbol klubuna sponsorluqla bağlı açıqlama

21 İyul 2014 15:18 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyənin "Qalatasaray" futbol klubuna sponsor olacağı ilə bağlı məlumat yayılıb.   Kütləvi İnformasiya Vasitələrində yazılanlara görə, "Türk Telekom" ilə yenidən razılığa gələ bilməyən Türkiyənin "Qalatasaray" klubu Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə anlaşıb.   Müqavilə məbləği olaraq 20 milyon avro ödəniləcəyi qeyd olunub. Forma sponsorluğu üçün SOCAR-dan əlavə "Samsung", "Fly Emirates", "Etihad" və "Gazprom" kimi böyük şirkətlərin də adı hallanır.   Bununla bağlı Dövlət Neft Şirkətinin Mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, bu məsələ gündəmdə deyil.