Dəhşətli qəza: 1 ölü, 6 yaralı - FOTO

21 İyul 2014 16:31 (UTC+04:00)

Yevlax-Ağdam avtomobil yolunda ağır yol qəzası baş verib.  "VAZ-2107" markalı avtomobillə qarşıdan gələn "VAZ-2106" markalı avtomobil toqquşub.

Qəza nəticəsində bir nəfər, Ağcabədi rayon sakini, 23 yaşlı Sadiq Seyidov dünyasını dəyişib. Bundan başqa, qəzada 6 nəfər ağır yaralanıb.

Yaralılar 32 yaşlı Natiq İsmayılov, 52 yaşlı Ətrabə Rəfiyeva, 54 yaşlı Novruz Rəfiyev, 87 yaşlı Əli Rəfiyev, 54 yaşlı Səfiqə Rəfiyeva, 22 yaşlı Şahlar Tağıyevdir. Onlar Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

(Anspress)