Bakıda hərbi xidmətkeçməyə dair beynəlxalq seminar keçiriləcək

21 İyul 2014 18:00 (UTC+04:00)

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq seminarda iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 21-dən 25-dək Bakı şəhərində "Hərbi xidmətkeçmənin idarə olunmasında peşəkar hazırlıq" mövzusunda beynəlxalq seminar keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.