Bakıda mənzildən kişi meyiti tapılıb

21 İyul 2014 19:05 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1942-ci il təvəllüdlü Blesun Valeri Vasilyeviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə  xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını kilidini açaraq  daxil  olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində B.Vasilyeviçin öldüyü müəyyən edilib.