Canlı yayımda Rusiyaya “Donuzlar ölkəsi” dedi

22 İyul 2014 10:55 (UTC+04:00)
Gürcüstanda "Rustavi-2" telekanalının aparıcısı Dima Oboladze canlı efirdə Rusiya Federasiyasını təhqir edib. ANS PRESS-in məlumatına görə, Oboladze Malayziya "Boinq"inin qəzası barədə şərh verərkən "Rusiya- donuzlar ölkəsidir. Orada hamısı donuzdur"- deyə bildirib. Aparıcı bununla Rusiyanın baş verənlərə cavab verməli olduğunu çatdırmaq istəyib.

Bundan əlavə Oboladze özü rus dilində "prosto" (sadəcə rus.) sözünü işlədərək Gürcüstan tele məkanından bütün rus sözlərinin yığışdırılmasını tələb edib. Həmkarının onu saxlamağa çalışdığına baxmayaraq Oboladze yenidən "Rusiyada hamısı donuzdur" ifadəsini təkrar edib.

Qeyd edək ki, "Rustavi-2" kanalı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin kurasiyasında olduğu bildirilir.