Binanın həyətindən qadın meyidi tapıldı

22 İyul 2014 12:08 (UTC+04:00)
Bu gün səhər saatlarında Gəncədə sakinlər qadın meyidi tapıblar. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, tapılan meyid yaşayış binasının altında aşkarlanıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanalrı cəlb olunub. Meyidin 60-65 yaşlarında naməlum qadın olduğu müəyyən olub. Hələlik qadının kimliyi və ölüm səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.