Ramiz Mehdiyev Mübariz Qurbanlını təqdim etdi

22 İyul 2014 12:43 (UTC+04:00)

Ötən gün prezidentin sərəncamı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunan Mübariz Qurbanlı artıq yeni iş yerindədir.  Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda M. Qurbanlının komitənin kollektivinə təqdim olunma mərasimi keçirilir. Yeni sədri kollektivə Prezident Administrasiyasının icra aparatının rəhbəri Ramiz Mehdiyev təqdim edir.