Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

9 İyul 2012 13:18 (UTC+04:00)
APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi və nazirliyi əməkdaşları peşə bayramı münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Azərbaycan xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Nadir Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyevin məzarı önünə əklil qoyub, ona ehtiramlarını bildiriblər. 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə 9 iyul tarixi Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Məhz 1919-cu il 9 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilib.