İmtahan nəticələri bu gün açıqlanacaq
22 İyul 2014 14:07 (UTC+04:00)
İyulun 20-də II və III ixtisas qrupları üçün
keçirilmiş qəbul imtahanının nəticələrinin nə vaxt açıqlanacağına
aydınlıq gətirilib. Movqe.az-ın TQDK-a
istinadla verdiyi məlumata görə, II və III ixtisas qrupları üçün
keçirilmiş qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarında
elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, II və III ixtisas qrupları üzrə
imtahan iyulun 20-də olub. İmtahan respublikanın 11 şəhərində -
Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi,
Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54
binada həyata keçirilib.
Nəticələr elan olunduqdan sonra abituriyentlər
imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş
nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə
tanış ola biləcəklər.