Havanın temperaturu yüksələcək

22 İyul 2014 14:55 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, iyulun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, külək günün ikinci yarısında mülayimləşəsək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında iyulun 23-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.