Alimlər quşların oxuma kodunu açmaq qərarına gəliblər

23 İyul 2014 08:31 (UTC+04:00)

Alimlər ümumi "xor"da iştirak edən quşların və onların növlərinin sayını avtomatik olaraq identifikasiya edə bilən və quşların oxuma kodunu açan proqram təminatı hazırlayıblar.

Bu cür qeyri-adi texnologiyanın hazırlanması üçün alimlər Britaniya Kitbxanasının Səs Arxivi tərəfindən təqdim olunmuş səs yazılarından, eləcə də on-layn resursların (bunlar arasında Niderlandın Xeno Santo arxivi və ümumilikdə 77 saat davam edən 500 Braziliya quşunun səsləri haqqında məlumatlar vardır) məlumatlarından istifadə ediblər.

Nəticədə tədqiqatçılar audioyazıya daxil olan çoxlu sayda tək quşların oxuma səslərini, həmçinin onların "xor" səsinin (xüsusilə sübh çağı) yer aldığı hədsiz miqdarda məlumat toplaya biliblər.

"Kompüter proqramında müxtəlif növ quşların səs yazılarını emal etmək lazım gəlib. Bu texnologiya təsnifat alqoritmi bazasında avtomatik analiz metodunu özünə birləşdirir- emal edilmiş məlumatlar keyfiyyətinə görə "əllə" toplanmış informasiyadan kifayət qədər üstün olur"- tədqiqatın aparıcı müəllifi Den Stauell bildirir.

Oxuyan quşların növünün proqram vasitəsilə tanınma dəqiqliyi 85,4% təşkil edir.

Stauell bildirir ki, quşların oxuması öz-özlüyündə çox çətindir. Əsas problem ən sadə səslərin müəyyən edilməsindədir: bu səslər adətən öz aralarında çox oxşar olur. Mövcud problemlər hələlik o qədər də yaxşı deyildir, çünki onlar təsnifatı çox böyük miqyaslarda yerinə yetirir.

"Əgər siz meşədə gəzir və hansı quşun cəh-cəhini eşitdiyinizi bilmək istəyirsinizsə, variantlar yüzlərlə ola bilər. Buna baxmayaraq, biz indi, deyəsən, "müğənni"ni dəqiq müəyyənləşdirməkdə kömək edən əlavənin hazırlanmasına yaxınlaşırıq"- alim əlavə edib.

Hazırda Stauell quşların növünü müəyyən etməkdən daha çox şeyləri yerinə yetirə biləcək texnologiya üzərində işləyir. O, elə etmək istəyir ki, quşlar arasındakı faktiki münasibətlər müəyyən edilsin. Məsələn, onlar indi nikah nəğməsi oxuyur, yoxsa sadəcə olaraq, civildəşirlər!?

Bu cür alət təkcə ornitoloqlar üçün yox, həmçinin ekologiya və təbiəti mühafizə kimi təşkilatlar üçün də vacibdir. Ola bilər ki, bu, çox şeydə hətta insan səsini və onun inkişafını anlamaqda kömək edəcək.

"Quşalrın oxuması və insanların nitqi- bunlar bir-birindən asılı olmadan inkişaf edən sistemlərdir, lakin onlar çox şeydə oxşardırlar. Məsələn, quş balaları civildəşməyi yaşlı quşlardan, uşaqlar isə yaşlıları təqlid edərək danışmağı öyrənirlər. Həmçinin qəribə də olsa, quşlarda regional ləhcə də olur. Quşların oxumasını öyrənmək çox çətin, zəhmət tələb edən, lakin çox maraqlı vəzifədir"- Stauell vurğulayıb.