Jurnalist Kristoferer Andersenin yazdığı və Fransada bazara çıxacaq "Mick: The Wild Life and Mad Genius of Jagger" adlı kitaba görə Jaggerin Cerri Hall ilə 9 illik evliliyi Bruni üzündən bitib.
İddiaya görə Jagger, 1992-ci ilin yanvar ayında qızları Corciya Mayın doğulduqdan bir gün sonra Bruniylə Taylanda tətilə gedib. Hall evə dönəndə Bruninin Jaggerə yazdığı "Sonsuza qədər məşuqən ola bilərəm" yazılı qeydini tapıb. Brunini təhdid edən Hall, bütün cəhdlərinə rəğmən evliliyini qurtara bilməyib. 1992-ci ildən birlikdə olmağa başlayan Jagger və Bruni 7 il eşq məcarası yaşayıb.
Xatırladaq ki, Bruni 2008-ci ildə Fransanın keçmiş prezidenti Nicolas Sarkozi ilə evlənib.