Kəlbəcərdə kefin acı nəticəsi
22 İyul 2014 18:45 (UTC+04:00)
Ermənistanın Armavir (Oktomberyan) şəhərinin meri
Ruben Xlqatyanın Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonu
ərazisində minaya düşməsinin ilk təfərrüatları məlum
olub.ANS PRESS-in məlumatına görə, aydın
olub ki, partayış minalanmış sahədə yox, yol kənarında baş verib.
Minanın yolun kənarına necə düşməsinin səbəbləri isə hələ bəlli
deyil. Camaat arasında gəzən
söhbətlərə görə, Ruben Xlqatyan Kəlbəcərə ova gedibmiş. Amma
ermənilərin işğal zonasında tətbiq etdiyi rejimə görə, bu
ərazilərdə ov etmək qadağandır. Görünür, bu qadağalar qara camaat
üçündür. Erməni mətbuatının yazdığına görə, hakim klan tez-tez
Azərbaycanın işğal edilmiş ərazilərində bu cür ov məclisləri
düzəldir.
Hadisənin baş verdiyi vaxt da xeyli şübhələr
doğurur. Hadisə bu gün səhər saat 06:30-da Kəlbəcər rayonunun şimal
hissəsində baş verib. Yəni tarixi adı Sərdarabad olan
Oktomberyandan Kəlbəcərə gəlmək üçün erməni merə ən azı 3 saat vaxt
lazım idi.