Vanqanın dəhşətli öncəgörmələri
22 İyul 2014 19:34 (UTC+04:00)
Uzun illərdir öncəgörmələri öz təsdiqini tapan
Vanqanın proqnozları yenidən gündəmə gəlib.
ANS PRESS-in məlumatına görə, Rusiya KİV dünya
şöhrətli bolqar ekstrasensin aşağıdakı proqnozlarının Rusiya və
Ukrayna ilə bağlı olduğunu yazır.
"Siz tez-tez elə insanlarla rastlaşacaqsız ki,
onların gözləri var - görmürlər, qulaqları var- eşitmirlər. Qardaş
qardaşa qarşı çıxacaq, analar uşaqlarını atacaq. Hər kəs öz xilası
üçün yollar axtaracaq..."
Jurnalistlərin fikrincə, bu sözlər Ukraynadakı
kəskin vəziyyətdən xəbər verir. "Görməyən gözlər və eşitməyən
qulaqlar" isə Qərbin baş verənlərə reaksiyasıdır.
Vanqanın bu sözləri isə bütövlükdə 2014-cü ildə
Ukraynada baş verənlərə aid edilir: "Birləşdirilənlər hissələrə
parçalanacaq. Bu, Rusiyanın yanında baş verəcək".
Görücünün bu proqnozları 2014-cü ildə Rusiyadakı
vəziyyəti, daha dəqiq Krımın Rusiyaya birləşdirilməsindən sonra
yaranmış vəziyyəti izah edir: "Hər şey buz kimi əriyəcək, yalnız
Vladimirin şöhrəti, Rusiyanın şöhrəti qalacaq. Həddindən çox qurban
veriləcək. Heç kim Rusiyanı dayandıra bilməyəcək, o, öz yolundan
dönməyəcək".