Medvedev: 38 min ukraynalı Rusiyadan sığınacaq istəyir

22 İyul 2014 19:15 (UTC+04:00)

Rusiyanın Baş naziri Dimitri Medvedev 38 min ukraynalının Rusiyada sığınacaq almaq üçün qanuni yollara müraciət etdiyini bildirib. Movqe.az "Ria.ru"ya istinadən xəbər verir ki, Medvedev vəziyyəti nəzərə alaraq xarici vətəndaşlar üçün 51 min müvəqqəti sığınacağın tərtib ediləcəyini açıqlayıb. Medvedev bunun Ukrayna vətəndaşlarını nəzərə alınaraq verilmiş bir qərar olduğunu açıqlayıb.

Xatırladaq ki, Rusiya-Ukrayna siyasi böhranı hələ də davam edir.