Dünya İsrailə uçuşları dayandırır

23 İyul 2014 10:46 (UTC+04:00)

Britaniyanın EasyJet aviaşirkəti təhlükəsizlik baxımından Tel-Əviv istiqamətində uçuşları 24 saat müddətinə dayandırmağa qərar verib.


APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, qərar Fələstin ərazisindən atılan raketin Tel-Əviv aeroportu yaxınlığına düşməsindən sonra verilib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ, Almaniya, Fransa, Avstriya, İsveçrə və Rusiya aviaşirkətləri  İsrailə uçuşları qeyri-müəyyən müddətə dayandırıb.