İmişlidə su kanalında batan şəxsin cəsədi tapılıb

23 İyul 2014 10:50 (UTC+04:00)

İmişlidə su kanalında batan şəxsin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında veilən xəbərə görə,  su kanalının İmişli rayonun, Cəfərli kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 60 km aralıda) batmış 2002-ci il təvəllüdlü Tamerlan Ramin oğlu Şirinovun axtarışları başa çatıb.

T.Şirinovun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 12 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.