Günəbaxan tumu «xərçəng» in qarşısını alır?

23 İyul 2014 12:35 (UTC+04:00)

Günəbaxan tumu müxtəlif onkoloji xəstəliklərin qarşısını alırmış.


Movqe.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İllinoys ştatının alimləri bunu toyuqlar üzərində apardıqları araşdırma nəticəsində üzə çıxarıb. 1 il ərzində toyuqların rasionunda tumun miqdarı xeyli artırılıb. 


Nəticə hər kəsi heyrətə gətirib: yumurtalıqlarında xərçəng xəstəliyi olan toyuqların sayı nəzərə çarpacaq dərəcədə azalıb. Üstəlik, bu xəstəliyin son həddə olduğu quşlarda irəliləyiş qeydə alınıb.


İndi alimlər eyni eksperimenti insanlar arasında aparmaq niyyətindədir.