"Girovlara işgəncə verilir"
23 İyul 2014 13:44 (UTC+04:00)
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov erməni
girovluğunda olan kəlbəcərlilərdən danışıb. ANS PRESS-in məlumatına
görə, nazir müavini ermənilərin əllərində olduğu məcburi köçkünlərə
müxtəlif ləkələr yaxdıqlarını deyib.
"Deyirlər onlar diversantdırlar. Onlar öz
torpaqlarına gediblər. Qınamaq olmaz. Onlar əsl vətənpərvər və
gənclərimizə nümunədirlər. Əgər onlar öz kəndlərinə gediblərsə
bunun harası diversantlıqdır? İndi açılmamış cinayətləri ermənilər
onların üzərinə atacaqlar".
Ə.Həsənov Azərbaycanın həmişə beynəlxalq
təşkilatlara ermənilərin necə olduğunu dediklərini xatırladıb.
"Niyə emənilər Beynəlxalq Qızıl Xaç Komitəsinə onlarla görüşə icazə
vermirlər. Çünki onlar azərbaycanlılara işgəncələr verirlər. Ona
görə onlara görüş təyin etmirlər".
Nazir müavini mətbuat nümayəndələrini də ehtiyatlı
olmağa çağırıb. O, qeyd edib ki, öldürülmüş şəxslə bağlı bu günün
sonunda bəyanat veriləcək. "Artıq prezident girovlar məsləsini öz
diqqətində saxlayır və məsələyə nəzarət edir".