İlhamə Quliyevaya məhkəmədə Nazpəri Dostəliyevaya qalib gəldi

23 İyul 2014 14:20 (UTC+04:00)

Bu gün Ali Məhkəmədə xalq artisti Nazpəri Dostəliyevanın xalq artisti İlhamə Quliyevaya qarşı kassasiya şikayətinə baxılıb.  N. Dostəliyevanın vəkili Yunis Vəliyevin verdiyi məlumata görə, hakim Qəhrəman Allahverdiyevin sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara əsasən, N. Dostəliyeva İ. Quliyevaya 25 min manat təzminat ödəməlidir.  

Qeyd edək ki, İ. Quliyeva N. Dostəliyevaya qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. İddiada İ. Quliyeva N. Dostəliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərər vurulduğunu bildirib. İddiaçı cavabdehdən maddi zərərə görə 200 min, mənəvi zərərə gör 500 min manat tələb edib. Lakin məhkəmə iddianı qismən təmin edərək N. Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərar çıxarıb. Həmin qərarla razılaşmayan N. Dostəliyeva isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Həmin qərardan N. Dostəliyevanın vəkili kassasiya şikayəti verib.