Movqe.Azdünyanın ən qəribə tunelləri və onların yerləşmə yerləri haqqında məlumat verir.
1) 1937-ci ildə aşan bu ağacın ortası oyularaq,qeyri-adi tunel düzəldilmişdi. Bu tunel Kaliforniyanın "Sequoia" milli parkında yerləşir. Aşan ağacı yoldan götürmək əvəzinə parkın idarə heyəti qərara gəliblər ki, ağacın ortasını oyub, tunel düzəltsinlər. Tunelin eni 5.18 metr, hündürlüyü isə 2.44 metrdir.
2) Texasda, Lynn Creek Parkda yerləşən bu tunel 4 milyon işıqları
ilə buradan keçən sürücüləri valeh edir. Bu dünyanın ən uzun işıqlı
tunelidir.
3) Yaşıllıqlarla örtülən bu tunel Ukraynada yerləşir və " Sevgi tuneli" adlanır.
4) Bu tunel şəkildən gördüyünüz kimi
qırmızı qayalığından ibarətdir və ABŞ-da yerləşir.
5) Rəngarəng tunel -ictimai nəqliyyat
vasitəsidir və Şanxayda yerləşir. Tunelin uzunluğu 647 metrdir. Bu
tunel şüşə kapsul ilə örtülmüşdür və işıqlar yanıb-sönür.
6) Tunel binanın arasından keçir və 30
ildir ki, mövcuddur. Yerli rəssamlar Hyuston, Den və Din Havel bu
tuneli "inversiya" adlandırır.
7)Gördüyünüz bu tunelin kənarları yaşayış
yeridir. Bina çox qəribə dizaynla tikilib və tuneli xatırladır. Bu
tunel Niderlandda, daha dəqiq Rotterdamda yerləşir və bazar
kimi fəaliyyət göstərir. Tuneldə meyvə və tərəvəz
satılır.
8) Güllərdən ibarət olan tunel Yaponiyada Kitakiuşa bağında
yerləşir.