Məhkəmədə uduzan Nazpərinin vəkilindən açıqlama

23 İyul 2014 18:12 (UTC+04:00)

Bu gün xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın məhkəmə prosesinin nəticəsi bəlli olub. 

N.Dostəliyeva ondan məhkəmə yolu ilə 500 min manat tələb edən İ.Quliyevanın bu iddiasına qarşı çıxaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. O, bu məbləği 25 min manata endirməyə nail olub. İ.Quliyeva mətbuata açıqlama verərək qarşı tərəfdən həmin məbləği alacağını deyib.

 

Məsələyə Nazpəri Dostəliyevanın vəkili Yunus Vəliyev münasibət bildirib:

 

"Ali Məhkəmədə müraciətimizə baxıldı. Qərara əsasən, İlhamə Quliyevanın 500 minlik cərimə tələbi 25 min manatla təmin edildi. Şikayətimiz qismən nəzərə alındı. Məhkəmə qətnaməsi əlimizdə olduqdan sonra ətraflı məlumat veriləcək. Məhkəmə icraçılarına kağız göndəriləcək. Ondan sonra məbləğin ödənilməsi reallaşdırılacaq".


Qeyd edək ki, İlhamə Quliyeva Nazpəri Dostəliyevanı onun şərəf və ləyaqətini təhqir etməkdə günahlandırırdı.

(Axşam.az)