İŞİD-dən dünyanı güldürən qadağa

23 İyul 2014 18:26 (UTC+04:00)

İŞİD silahlıları İraqın Mosul şəhərində mağaza sahiblərinə hücum ediblər. Buna səbəb İŞİD-in qoyduğu şəriət qanunları olub. Onlar Mosulda yerləşən mağaza sahiblərindən manekenlərin üzlərini bağlamalarını tələb ediblər. Mağaza sahibləri İŞİD-in bu əmrini yerinə yetirmək məcburiyyətində qalıblar və manekenlərin üzlərini bağlayıblar.

İŞİD-ə görə kişi və qadın manekenlərin üzlərinin açıq olması şəriət qanunlarına ziddir. Bundan əlavə insan cizgilərinin əks olunduğu heykəltəraşlıq və şəkillərdə də kişi və qadınların üzlərinin açıq olması qadağan edilib. (axar.az)