Alimlər Marsın tədqiqinin yeni üsulunu təklif edirlər

24 İyul 2014 08:25 (UTC+04:00)

Marsda həyatın olub-olmadığı artıq çoxdan alimləri narahat edir. Qırmızı planetin tədqiqatçıları qeyd edirlər ki, orada mövcud olan radiasiya və kəskin temperaturlar şəraitində səthdə canlı orqanizmlərin yaşaması az ehtimal olunur. Amma bu, səthin altında mümkündür.

Ancaq problem ondadır ki, adi texnika bu planetin yeraltı şəraitinin tədqiqində nəticəyə nail olmaqda kömək edə bilmir. Süxurda dərin deşik açmaq üçün xüsusi qazma burğusu lazımdır. Alimlər bunun üçün yeni ExoLance layihəsini təklif ediblər.

Onlar Marsı lazımi dərinlikdə möhkəmlənməli olan ox-zondların atəşinə məruz qoymaq istəyirlər. Aparat süxura daxil olduqdan sonra onu testdən keçirməyə başlayacaq.

Analiz isə Qırmızı planetdə hansısa bir həyat əlamətinin olub-olmadığını göstərməlidir.