Yaxın 10 ildə 10 problem aradan qalxacaq

24 İyul 2014 08:36 (UTC+04:00)

Mövcud problemlərdən hansıları yaxın on illikdə həll etmək olar? Bu barədə elm və texnologiyalardakı son tendensiyalar əsasında proqnoz verən xarici analitiklər fikir yürüdürlər.

Enerji mənbələri problemi

Insanlar on ildən sonra günəş enerjisindən fəal şəkildə istifadə edəcəklər. Günəş batareyalarının hazırlanması texnologiyasındakı sıçrayış sayəsində onlar kütləvi istehlakçı üçün əlçatan olacaq. Texniki avadanlıqların böyük bir hissəsi günəş enerjisi ilə işləyəcək.

Nəqliyyat problemi

On ildən sonra avtomobil və təyyarələr akkumlyator batareyalarından olan elektrik enerjisi ilə işləyəcək. Onların çəkisi çox azalacaq, həmçinin o qədər də çox olmayan elektrik sərfiyyatı ilə uzaq məsəfələrə uçmaq mümkün olacaq.

Kommunikasiya problemləri

2025-ci ildə bütün dünyanı vahid naqilsiz rəqəmli kommunikasiya şəbəkəsi əhatə edəcək. Siz bir daha hansısa uzaq rayonlarda telofonların olmadığı və ya internetə girişin yoxluğu barədə eşitməyəcəksiniz, kommunikasiya hava kimi bizim həyatımızın ayrılmaz hissəsinə çevriləcək.

Plastik maddə problemi

Bu gün neft məhsullarından istehsal olunan və parçalanmayan plastik maddə haqqında çox danışılır. Amma on ildən sonra onu, çox böyük ehtimalla, sellüloz əsasında hazırlanmış bioparçalanan plastik maddələr əvəz edəcək. "Qida, dərman, elektronika, parça və digər istehlak mallarının qablaşdırılması əsasən sellüloz emalı məhsullarından istehsal ediləcək"- Thomson Reuters-dən olan mütəxəssislər bildirirlər.


Qida ehtiyatlarının çatışmazlığı problemi

"2005-ci ildə geni dəyişdirilmiş bitkilər gecə-gündüz işıqlanan qapalı yerlərdə intensiv və təhlükəsiz şəkildə yetirşdiriləcək. Bu zaman geni dəyişdirilmiş bitkinin DNT reseptorlarına uyğun olaraq böyüməni sürətləndirən dalğa uzunluqlarının dar diapazonunda işıq şüalanmasını təmin edən enerjisaxlayıcı işıq diodlu işıqlanma avadanlığından istifadə ediləcək"- analitiklərin hesabatında bildirilir. Ekspertlər eyni zamanda vəd edirlər ki, bitkilərin müxtəlif xəstəliklərə dözümlülüyü yüksələcək və çox bol məhsul verən dənli bitkilər, tərəvəz və digər qidalı bitki növləri yetişdiriləcək.

Qocalıq ağıl zəifliyi problemi

Çox yəqin ki, 2025-ci ilə kimi alimlər yaş dəyişikliklikləri ilə bağlı olan beynin koqnitiv funksiyalarını söndürmə mexanizmini tapacaq və bu proseslərə qarşı fəaliyyət üsullarını hazırlayacaqlar. Qocalıq ağıl zəifliyinin erkən diaqnostika və profilaktikası metodlarının təkmilləşdirilməsi bu xəstəlikdən əziyyət çəkənlərin sayını kəskin şəkildə azaldacaq.

Diabetlə xəstələnmə problemi

Artıq insulinin sorulmadığı ikinci tip diabetə qarşı uğurlu mübarizə üsulları hazırlanıb. Insulin ifraz edən mədəaltı vəzi hüceyrələrinin dağıldığı birinci tip diabetin səbəbləri isə indiyə kimi müəyyən edilməyib. Güman edilir ki, 2025-ci ilə qədər tədqiqatçılar mədəaltı vəzidə patogen dəyişikliklərin qarşısını almağa imkan verən gen zəncirlərini süni şəkildə sintez etməyi öyrənə biləcəklər.

Təbabətdə əlavə effektlər problemi

2025-ci ilə kimi xərçəng şişlərinin müalicəsi üçün əziyyətverici nəticələrə gətirib çıxaran radiasiya və ya kimləvi terapiyadan istifadə dayandırılacaq. Əczaçılıq bazarında ağırlaşmalara və əlavə effektlərə səbəb olmayan, yalnız konkret sahəyə təsir edən yeni nəsl dərman preparatları hazırlanacaq. Hətta qanın ağrılı analizi də keçmişdə qalacaq, onları pasientin bədəninə bərkidilən və orqanizmin durumu barədə daha dəqiq informasiya yığmağa imkan verən nanozondlar əvəz edəcək.

Irsi xəstəliklər problemi

Uşaqlar doğulan zaman dərhal onların müfəssəl DNT xəritəsi tərtib olunacaq. Bu, erkən mərhələdə uşağın inkişafında bu və ya digər patologiya və ya sapmalar riskini üzə çıxarmağa imkan verəcək.

Ömrün uzunluğu problemi

Son zamanlar ölməzliyə gedən yol adlandırmaq mümkün olmasa da, insanın ömrünü kifayət qədər uzadacaq iki hadisə baş verib. Birincisi, orqaqnizmə düşən vaxt təcrübə gəmiricilərinin ömrünün uzanması və sağlamlığının yaxşılaşdırılmasına səbəb olan sirtuin fermentlərinin ifrazını stimullaşdıran molekulun kəşfidir. Siçanların orqanizminə analoji təsir onlara yumru qurdların ifraz etdiyi domon adlı hormonun vurulması ilə göstərilib.

Uzunömrlülük imkanlarının tədqiqi sahəsində tanınmış alimlərdən biri Obri de Qrey biliririr ki, "bu gün yaşayan insanlardan çoxu min il və ya daha çox yaşayacaq". Istisna deyil ki, 2025-ci ilə kimi bu nikbin proqnoz reallığa çevrilməyə başlayacaq və biz, nəhayət, qocalığın geri çəkildiyini hiss edəcəyik.