İŞİD-in 32 üzvü öldürüldü

23 İyul 2014 19:22 (UTC+04:00)

İraq ordusu Enbar vilayətində geniş miqyaslı əməliyyatlar keçirib

İraq ordusu İŞİD-ə ağır zərbələr endirib. 


Ordu Enbar vilayətində həyata keçirdiyi əməliyyatlarda İraq və Şam İslam Dövləti qruplaşmasının 32 yaraqlısını öldürüb. 


Ordudan verilən açıqlamada bildirilir ki, İŞİD-in 12 hərbi texnikası və xeyli silah-sursatı keçirilən əməliyyatda məhv edilib. 


İraq ordusu İŞİD-ə qarşı əməliyyatların daha da genişləndiriləcəyini bəyan edib. 


Bu arada İraqın şimalında kürd yaraqlıları ilə İŞİD arasında toqquşma olub. İŞİD 2, kürdlər isə 3 itki verib.

(Anspress)