Günün Ramazan təqvimi
24 İyul 2014 10:00 (UTC+04:00)
26 ramazan 1435 – 24 iyul 2014
İmsaq: 05.05
İftar: 21.20
26-cı günün duası: Allahumməcəl səyi fihi məşkura. Və zənbi fihi
məğfura. Və əməli fihi məqbula. Və əybi fihi məstura. Ya
əsməəs-samiin.
(İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla,
əməlimi qəbul et, eyiblərimi ört! Ey eşidənlərin ən yaxşı eşidəni
Allah!).
Ayə: "(Ayələrimizi) yalan sayan var-dövlət sahiblərini mənə tapşır
və onlara bir az möhlət ver! (Tezliklə cəzalarına yetişərlər)".
/Müzzəmmil-11/
Hədis: "Ramazan ayı gəlincə, Ey xeyr əhli, xeyirə qaç! Şər əhli,
sən də pisliklərdən əl çək deyilir."
PS. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan
10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri
tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı
zəruri hala gətirir.
Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara
+4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6,
Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul
+11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10,
Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15,
Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5,
Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3,
Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3,
Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən
+3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur
+18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11,
Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9