Avtobus ilə “VAZ” toqquşdu: sürücü öldü
24 İyul 2014 11:49 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil
olmuş məlumata əsasən, Ağdaş rayonu ərazisində ölümlə nəticələnən
yol qəza hadisəsi baş verib. Movqe.az-ın məlumatına görə, gecə
saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Aşağı Zeynəddin kəndi (rayon
mərkəzindən 5 km aralı) ərazisindən keçən hissəsində vətəndaşa
məxsus "Mercedes" markalı sərnişin avtobusu ilə 1961-ci il
təvəllüdlü Loğman Fərrux oğlu Osmanova məxsus "VAZ" markalı minik
avtomobilinin toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri
hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən
məlum olub ki, minik avtomobilinin sürücüsü L.F.Osmanov aldığı ağır
bədən xəsarətlərindən hadisə yerində vəfat edib.Sürücünün cəsədi
yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən
istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil
verilib.